Milli futbolçularımızı “Damad” geyindirəcək

AFFA və Türkiyənin məşhur geyim brendi “D’S Damad” arasında sponsorluq müqaviləsi razılaşdırılıb. Allsport.az saytı xəbər verir ki, imzalama yaxın günlərdə olacaq.

Anlaşma çərçivəsində bu şirkətə Azərbaycan millisinin iştirak etdiyi millətlər liqası və Avropa çempionatının seçmə mərhələsinin ev oyunlarında marketinq hüquqları veriləcək.

Həmçinin “D’S Damat” yığma üzvlərini və AFFA-nın əməkdaşlarını əlbəsələrlə təmin edəcək.

Həmin kateqoriyadan