Milli futbolçumuz 86-cı dəqiqədə meydana girdi, 5 dəqiqə sonra qələbə qolunu vurdu

Almaniya 2-ci Bundesliqasının 9-cu turunda milli futbolçu Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Holştayn”la qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, ev sahibləri bu oyundan 2:1 qalib ayrılıb.

Yarımmüdafiəçimiz 86-cı dəqiqədə meydana girib və bundan 5 dəqiqə (90+1) sonra qələbə qolunu vuraraq, matçın yekun nəticəsini müəyyənləşdirib.

Aue təmsilçisi 10 xalla 18 iştirakçı 13-cü pillədə yüksəlib.

Həmin kateqoriyadan