Yığmamızın futbolçusu Qazaxıstan çempionu oldu

Millisinin futbolçusu Riçard Almeyda “Astana” klubunun heyətində Qazaxıstan çempionu olub. Allsport.az saytı xəbər verir ki, “dəmiryolçular” buna premyer liqanın 31-ci turunda “İrtış”ın “Kayrat”ı 1:0 yenməsindən sonra nail olub.

Beləliklə, paytaxt klubu rekord edib. Əvvəllər Qazaxıstanda heç bir klub dalbadal 5 dəfə qızıl medal qazanmayıb. Bununla savayı, “Astana” titul sayında “İrtış” və “Aktobe”yə çatıb.

Xatırladaq ki, yarımmüdafiəçisi Qazaxıstan klubuna yayda “Qarabağ”dan keçib.

Həmin kateqoriyadan