Milli futbolçumuz Ramsbottom Yunayted”ə 2 qol vurub

İngiltərədə yarıpeşəkar klublar arasında təşkil olunan İnkişaf kubokunda 3-cü mərhələnin oyunları olub. Allsport.az saytı xəbər verir ki, U-19 millinin hücumçusu Sərhad Daşdəmirin çıxış etdiyi “Fayld” səfərdə “Ramsbottom Yunayted”lə üz-üzə gəlib.

10 topun qeydə alındığı matçda qalib olmayıb (5:5). Futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 2 qolunu Sərhad vurub. O, 11 və 47-ci dəqiqələrdə fərqlənib.

Həmin kateqoriyadan