Milli gimnastımızın komandası 2-ci yerdə qərarlaşıb

Azərbaycan gimnastı Marina Durunda klublararası ənənəvi “A1” İtaliya çempionatının növbəti mərhələsində iştirak edib. Gimnastımızın çıxış etdiyi “Armonia di Abrutso” klubu ikinci yerdə qərarlaşıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən allsport.az-a bildiriblər ki, təmsilçimiz gürzlərlə çıxışında 17.050 xal alması, “Armonia di Abrutso” komandası üçün əhəmiyyətli töhfə olub və komanda nəticələrə əsasən 99.450 xal qazanıb. Yarışın əsas mərhələsi noyabrın 28-30-da keçiriləcək.

Digər gimnastımız Ayşən Bayramova Avstriyanın İnsbruk şəhərində keçirilən bədii gimnastika üzrə qran-pri yarışlarının əsas mərhələsində ölkəmizi təmsil edib. Gimnastımız çoxnövçülük üzrə təsnifat mərhələsinin nəticələrinə əsasən 62.667 xalla 11-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan