Milli komandamız Elit Raundda!

19 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatındakı çıxışını başa vurub. Allsport.az xəbər verir ki, Nikolay Adamın başçılıq etdiyi kollektiv qrup mərhələsini 2-ci pillədə başa vurub.

Seçməmiz bununla da Elit Raunda vəsiqə qazanıb. İlk oyunda Macarıstanla 1:1 hesablı heç-heçəyə razılaşan “ay-ulduzlular”ımız növbəti görüşdə lider Slovakiyaya uduzsa da (1:4), qrupun sonuncu sınağından üzüağ çıxıb.

Sloveniyalılarla həlledici qarşılaşmanın ilk hissəsində 3 qol vuram millilərimiz fasilədən sonra iki dəfə mərkəzə dəvət olunsalar da, 3:2 hesablı qələbə komandamızın mərhələ keçməyinə kifayət edib.

Həmyerlilərimizin qələbəsini Vadim Ağarəhimov, Elnur Süleymanov və Mahir Mədətovun qolları təmin edib.

 

 

Həmin kateqoriyadan