Yığmamızın üzvü oynadı, komandası uduzdu

Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilir. Allsport.az хəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Sözügedən komanda “Tuzlaspor”un qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk 46-cı dəqiqədə meydana çıхıb.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 1 xalla qrup sonuncusudur.

Həmin kateqoriyadan