Milli mətbuatın 140 illik yubileyi şərəfinə jurnalistlər arasında stolüstü tennis turniri keçirilib

Azərbaycan Stolüstü Tennis Federasiyasının və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə iyulun 14-də “Şüa” idman-sağlamlıq kompleksində milli mətbuatın 140 illik yubileyi münasibətilə media işçiləri arasında stolüstü tennis turniri keçirilib. Allsport.az xəbər verir ki, fərdi xarakter daşıyan yarış Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına müvafiq keçirilib. Turnirdə təqribən 50 mətbuat işçisi iştirak edib.

Əvvəlcə Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara yarışda uğurlar arzulayıblar. Bildirilib ki, ölkəmizdə idmana xüsusi diqqət yetirilir. Bu il Bakıda keçirilən birinci Avropa Oyunları bunun parlaq təsdiqi olub.

Kişilər və qadınlar arasında yarışların qalibləri diplom və kuboklarla mükafatlandırılıblar.

Həmin kateqoriyadan