Milli paralimpiya komitəsi ilə Amerika ticarət palatası arasında əməkdaşlıq

Milli paralimpiya komitəsində ölkəmizdəki Amerika ticarət palatasının nümayəndələri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda birgə əməkdaşlığın mümkün istiqamətləri geniş müzakirə edilmişdir. Komitə prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək planlar barədə palatanın nümayəndələrinə geniş məlumat vermiş, birgə əməkdaşlığın mümkün istiqamətləri barədə öz təkliflərini qonaqların diqqətinə çatdırıb.

Azərbaycandakı Amerika ticarət palatasının icraçı direktorun müavini Zaur Kərimov fəaliyyət barədə məlumat verib. Z.Kərimov daima Milli Paralimpiya Komitəsinin fəaliyyətini izlədikərini və paralimpiyaçılarımızın əldə etdikləri uğurlara sevindiklərini bidirərək, Komitə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib.

Müzakirələrin yekunu olaraq paralimpiya hərəkatının inkişafına dəstək ola biləcək birgə layihələrin və təqdimatların hazırlanması, korporativ sosial məsuliyyət mövzusunda tədbirlərin keçirilməsi və bu istıqamətdə nüfüzlu şirkətlərlə əlaqələrin qurulması sahəsində birgə fəaliyyət barədə razılığa gəlinmişdir.

Görüşdə Azərbaycandakı Amerika ticarət palatasının KSM Komitəsinin sədri Günel Fərəcova, Layihə rəbəri Ayşən Qarayeva, milli paralimpiya komitəsinin 1-ci vitse prezidenti Natiq Qasımov, baş katib Kamal Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rüfət Hacılı və digər məsul şəxslər iştirak ediblər.

Həmin kateqoriyadan