Milli Qurbana tapşırılır?

Berti Foqtsun gedişindən sonra millinin baş məşqçi postuna kimin gələcəyi hələ dəqiqləşməyib. Allsport.az xəbər verir ki, mətbuatda bu vəzifəyə müxtəlif xarici məşqçilərin adları hallanır.

Lent.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, yığmamızı türkmən məşqçinin çalışdırmaq ehtimalı böyükdür. Belə ki, “Rubin”dən tanıdığımız Qurban Berdıyev Azərbaycan millisinin baş məşqçisi postuna keçə bilər. AFFA-nın danışıq apardığı məşqçilərin sırasında onun da adı var.

Qeyd edək ki, karyerası ərzində Türkiyənin “Gənclərbirliyi”, Qazaxıstanın “Kayrat” və “Taraz” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırmış Berdıyev 12 il “Rubin”ə başçılıq edib. 2013-cü ildə Kazan təmsilçisi ilə yolları ayrılan 62 yaşlı məşqçi o vaxtdan bəri işsizdir.

Həmin kateqoriyadan