Milli voleybolçumuz “Beşikdaş” klubuna keçib

Qadın voleybolçular arasında milli komandamızın blok oyunçusu Kseniya Qoçigidin (Poznyak) yeni klubu müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bir müddətdir Türkiyədə olan xanım idmançı bu ölkədə çıxış etmək qərarına gəlib: o, İstanbulun “Beşikdaş” komandası ilə anlaşıb. Buna qədər Kseniya “Azərreyl”də çıxış edib.

Həmin kateqoriyadan