Milli voleybolçumuzun komandası Türkiyə 1-ci liqasında sevinib

Qadın voleybolçular arasında Türkiyə 1-ci liqasında növbəti matçlar keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin blokçusu Kseniya Qoçigidin (Poznyak) şərəfini qoruduğu “Beşikdaş” 9-cu turda səfərdə “Sarıyer”əa üz-üzə gəlib.

Görüş qonaqların qələbəsi ilə bitib – 3:0 (25:22; 27:25; 25:23). 9 oyundan sonra hesabında 14 xal olan “ağ-qaralar” 7-ci pillədədir.

Həmin kateqoriyadan