Millimiz əvvəlki mövqeyində qaldı

Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycan fevraldakı mövqeyini dəyişməz saxlayıb.

Belə ki, komandamız 1366 xalla 13-cü pillədəki yerini qoruyub. Dünya üzrə reytinq siyahısına 1922 xala malik İspaniya başçılıq edir. İkinci yerdə Braziliya (1910), üçüncü pillədə Rusiya (1746) qərarlaşıb.

Avropa üzrə də Azərbaycan əvvəlki mövqeyində qalıb. Komandamız qitənin 7 ən güclü kollektivindən biridir.

Həmin kateqoriyadan