Millimiz 2 il ardıcıl komanda yarışında Avropa çempionatının mükafatçısı olub

Azərbaycan milli komandası 2 il ardıcıl komanda yarışında Avropa çempionatının mükafatçısı olur. Allsport.az saytı xəbər verir ki, ötən il Finlandiyada Avropa çempionu olan karateçilərimiz, bu mövsüm də Vətənə medallarla dönürlər.

3-cü yer uğrunda yarışın ən güclülərindən sayılan Almaniya komandası ilə görüşü 3:0 hesablı tam üstünlükülə başa vuran Azərbaycan idmançıları 50-ci Avropa çempionatının bürünc medallarına sahib oldular.

Bir gün əvvəl fərdi yarışlarda 3 medal – Rafael Ağayev (75 kq) və Niyazi Əliyev (67 kq) ilə qızıl medal, Ayxan Mamayev (84 kq) gümüş mükafat qazanan millimiz, bu nəticələrələ  47 iştirakçı ölkədən 19 medal qazana bilən komandalar arasında 6-cı olublar.

Həmin kateqoriyadan