Millimiz 8-ci yerlə kifayətlənib

Bu gün çimərlik futbolu üzrə Dünya Kuboku-2017-nin Avropa komandaları arasında seçməsinin 2-ci mərhələsində Azərbaycan millisi növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, 7-ci yer uğrunda oyunda Fransa ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub.

Futbolçularımızdan Asif Zeynalov, Renat Sultanov və Sabir Allahquliyev fərqlənib. Nəticədə, yığmamız İtaliyanın Yezolo şəhərində təşkil olunmuş yarışda 8-ci yerlə kifayətlənib.

Xatırladaq ki, Azərbaycan millisi bu turnirdəki əvvəlki oyunlarında Macarıstan (7:3), Bolqarıstan (4:1), İspaniya (3:2), Türkiyə (3:1), Fransa (2:3), İsveçrə (6:7) və Çex Respublikası (3:4) ilə qarşılaşmışdı.

Həmin kateqoriyadan