Millimiz Albaniyaya qalib gəldi

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Allsport.az xəbər verir ki, komandamız Albaniya millisi ilə qarşılaşıb. “Braqa” stadionunda keçirilən görüş yığmamızın qələbəsi ilə başa çatıb. Oyun Soley Deli Dilaranın vurduğu bir qol ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz bundan əvvəlki oyunlarda Portuqaliya və Almaniyaya 6 cavabsız qolla məğlub olub.

Həmin kateqoriyadan