Millimiz Almaniya və Rusiya ilə bir qrupa düşdü

Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-2017-nin seçmə mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

Millimiz Farer adaları, Finlandiya, Avstriya, Rusiya və Almaniya ilə birgə 7-ci qrupda yer alıb.

9 qrup qalibi 2017-ci ildə Polşada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İlk dəfə məhz həmin il 12 komandadan ibarət olacaq final mərhələsinin digər iştirakçıları isə qruplarında ən yaxşı göstəricilərə malik ikinci yerin sahibləri olacaq ki, həmin dörd komanda da pley-off görüşlərində üz-üzə gələcəklər.

Seçmə mərhələ oyunları aşağıdakı tarixlərdə keçiriləcək:

2015: 23-31 mart, 8-16 iyun, 31 avqust-8 sentyabr, 5-13 oktyabr, 9-17 noyabr;

2016: 21-29 mart, 29 avqsut – 6 sentyabr, 3-11 oktyabr.

1-ci qrup: Malta, Latviya, Moldova, Monteneqro, Belçika, Çex Respublikası.
2-ci qrup: Andorra, Litva, İrlandiya, Sloveniya, Serbiya, İtaliya.
3-cü qrup: Şimali İrlandiya, Makedoniya, İslandiya, Şotlandiya, Ukrayna, Fransa.
4-cü qrup: Lixtenşteyn, Albaniya, Macarıstan, Yunanıstan, İsrail, Portuqaliya.
5-ci qrup: Lüksemburq, Bolqarıstan, Uels, Ermənistan, Rumıniya, Danimarka.
6-cı qrup: San-Marino, Estoniya, Gürcüstan, Xorvatiya, İsveç, İspaniya.
7-ci qrup: Farer adaları, Azərbaycan, Finlandiya, Avstriya, Rusiya, Almaniya.
8-ci qrup: Kipr, Belarus, Türkiyə, Slovakiya, Niderland.
9-cu qrup: Qazaxıstan, Bosniya və Herseqovina, Norveç, İsveçrə, İngiltərə.

Həmin kateqoriyadan