Millimiz Belarusa yenə qalib gələ bilmədi

Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, millimizin budəfəki rəqibi də Belarus yığması olub.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan millisinin qollarını Auqusto Sezar və Eduardo Mello vurub.

Xatırladaq ki, bu komandalar arasında fevralın 17-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə yekunlaşmışdı.

Həmin kateqoriyadan