Millimiz Belarusla yoxlama oyunu keçirəcək

Martın 17-dən 21-dək Bakıda təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələ oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandası fevralın 10-dan 22-dək Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışı keçirəcək. Allsport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində millimiz 3 yoxlama oyununda da gücünü sınayacaq.

Oyunların təqvimini və toplanışa dəvət edilən futzalçıların siyahısını diqqətinizə çatdırırıq:

17 fevral, saat 20:00
Belarus-Azərbaycan

18 fevral, saat 20:00
Belarus-Azərbaycan

21 fevral, saat 15:00
Klublar yığması – Azərbaycan

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Həmin kateqoriyadan