Millimiz Bolqarıstan voleybolçularının qonağı olacaq

Sabah qadın voleybolçuların Qızıl Avropa liqasında 3-cü tur start götürəcək. Allsport.az saytı xəbər verir ki, ilk 2 oyunda qalib gələn Azərbaycan millisi 3-cü cəhddə Bolqarıstanla üz-üzə gələcək.

Mayın 26-da Sofiyada Xristo Botev Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunu Aleksandros Milonakislə (Yunanıstan) Çavdar Marev (Bolqarıstan) idarə edəcəklər.

Qrupumuzun digər görüşündə isə Portuqaliya Ukraynanı qəbul edəcək. Bu qarşılaşma mayın 27-nə təsadüf edəcək.

Həmin kateqoriyadan