Millimiz bu dəfə Sloveniya voleybolçularına yenilib

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz növbəti yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, ölkəmizdə təşkil olunacaq Avropa çempionatına hazırlaşan Faiq Qarayevin komandası yenə ev sahibələri ilə qarşılaşıblar.

Bu dəfə görüş rəqibin xeyrinə sona çatıb – 3:0 (25:21, 25:21, 25:15). Bundan öncə millimiz sloveniyalılara 3:1 qalib gəlib, digər görüş 2:2 hesabı ilə yekunlaşıb. Hazırlıqda qızlarımız Belçika millisinə 1:3 uduzublar.

Həmin kateqoriyadan