Millimiz Dünya Hokkey Liqasının 2-ci mərhələsində 7-ci yeri tutdu

Cənubi Afrika Respublikası paytaxtı Keyptaunda Dünya Hokkey Liqasının 2-ci raundu keçirilib. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət millimiz 5-8-ci yerlər uğrunda mübarizə Çex Respublikası ilə qarşılaşıb.

Qrupda keçirilən matçda rəqibini penaltilərlə üstələyən yığmamız, qələbə seriyasını ardını gətirə bilməyib. Slavyanlar otüstü hokkeyçilərimizi böyük hesabla məğlub ediblər – 6:2. Bizdən qolları Əli Şahbaz (33-cü dəqiqə) və Fətulla Rzaxanov (43) vurub.

7-8 yer üçün görüşdə seçmə komandamız belaruslu həmkarları ilə üz-üzə gəliblər. Bu matçda millimiz yaxşı təsir bağışlayıb və şimallıara 4:2 qalib gəlib. Salam Xalib (35, 45, 47) het-trik edib. Əli Xalib 33-cü dəqiqədə fərqlənib. Maraqlıdır ki, qrup oyununda rəqib otüstü hokkeyçilərimizi 4:3 üstələmişdi.

 

Həmin kateqoriyadan