Millimiz FİFA reytinqində 2 pillə geriləyib

FİFA dünya ölkələrinin milli komandalarının yeni reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan komandası bu gün açıqlanan siyahıda 2 pillə geriləyib. “Ay-ulduzlular”ımızın hesabında hazırda 386 reytinq xalı var. Bu göstərici ilə Azərbaycan 90-cı pillədə qərarlaşıb. Dünya Kuboku-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya məğlubiyyət (0:4) millimizin 18 xal itirməsinə səbəb olub.

DÇ-2018-in seçmə ələməsində yığmamızla bir qrupda qərarlaşan komandalara gəlincə, Almaniya 3-cü (1433 xal), Şimali İrlandiya 32-ci (767), Çex Respublikası 43-cü (671), Norveç 84-cü (422), San Marino isə 202-cidir (17).

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1634), Braziliya (1544), Almaniya (1433), Çili (1404), Belçika (1368), Kolumbiya (1345), Fransa (1305), Portuqaliya (1229), Uruqvay (1187) və İspaniya (1166). Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini dekabrın 22-də açıqlayacaq.

Həmin kateqoriyadan