Millimiz Gürcüstanı böyük hesabla məğlub etdi

Bu gün Bakıda 16 yaşadək qızlardan ibarət komandaların iştirakı ilə UEFA-nın İnkişaf turniri başlayıb. Allsport.az xəbər verir ki, turnirdə müvafiq yaş qrupuna aid Azərbaycan, Yunanıstan, Gürcüstan və Qazaxıstan yığmaları iştirak edir.

Azərbaycan yığması ilk oyun günündə Gürcüstanla qarşılaşıb. Bayıl stadionunda baş tutan matç millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Çağla Miray Kanpara, Haticə Özdəmir, Vüsalə Seyfəddinova və dubla imza atan Dilgə Uyğun vurub.

Günün digər oyununda isə Yunanıstanla Qazaxıstan qarşılaşıb.

Həmin kateqoriyadan