Millimiz «kiçik dünya çempionatı»ndan əliboş dönür

Tokioda «Böyük dəbilqə» beynəlxalq turniri başa çatıb. Allsport.az saytının məlumatına görə, bu yarışda iştirak edən Azərbaycan millisi medal qazana bilməyib.

«Kiçik dünya çempionatı»nda fəxri kürsüyə çıxmağa dünən Rüstəm Orucov (73 kq) yaxın olub. Amma o, bürünc medal uğrunda görüşdə imkanı əldən verib.

Bu gün keçirilmiş son tutaşmalarda Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizəni erkən dayandırıblar.

Həmin kateqoriyadan