- Baxış sayı: 36
- 24 Aprel 2024 12:13
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Martın 5-də Astanada komandalararası dünya çempionatı başlayacaq. Allsport.az saytı xəbər verir ki, Qazaxıstan paytaxtına yollanacaq heyət açıqlanıb.
Kapitan Cahangir Ağarəhimovun rəhbərliyi ilə bu sınaqda Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abbasov və Arkadi Naydiç mübarizə aparacaqlar.
Qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FIDE qran-prilərinə hazırlıqla əlaqədar yarışda iştirak etməyəcəklər. 9 turdan ibarət dünya çempionatına martın 14-də yekun vurulacaq.