Millimiz Maltaya məğlub oldu

21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə ilk matçını keçirib. Allsport.az xəbər verir ki, komandamız Malta millisi ilə qarşılaşıb.

Oyun millimizin məğlubiyyəti ilə başa çatıb – 1:2. Yığmamızın yeganə qolunu 70-ci dəqiqədə Jalə Mənsimova vurub. Rəqibin heyətində isə Dorian Teuma və İlenia Karabott fərqlənib.

Qeyd edək ki, bu gün Bəhreynlə qarşılaşacaq yığmamız, martın 15-də Kiprlə üz-üzə gələcək.

Həmin kateqoriyadan