Millimiz Moldova yığmasını da darmadağın etdi

Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, millimiz Moldova yığmasını 4:0 hesabı ilə məğlub edib.

Ramil Əliyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.

Xatırladaq ki, futbolçularımız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya yığmasına 6:2 hesabı ilə qalib gəlmişdi.

Millimizin turnirdəki növbəti rəqibi İngiltərə yığmasıdır. Bu gün – avqustun 9-da keçiriləcək Azərbaycan – İngiltərə oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Həmin kateqoriyadan