Millimiz seçmə mərhələ üçün həlledici hazırlığa start verdi

Dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə bu gündən etibarən Bakı şəhərində futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Allsport.az xəbər verir ki, noyabrın 29-da yekunlaşacaq toplanışa dəvət olunmuş futzalçıların siyahısı aşağıdakı kimidir:

Rövşən Hüseyni, Emin Kürdov, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Auqusto Sezar, Amadeu Fernandes, Ramiz Çovdarov, Xətai Bağırov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Arauxo, Andre de Kampos, Eduardo Mello.

Qeyd edək ki, dekabrda Xorvatiyada baş tutacaq seçmə mərhələ oyunlarında yığmamız meydan sahibləri ilə yanaşı, İsveç və Belarusa qarşı mübarizə aparacaq.

Həmin kateqoriyadan