Millimiz Slovakiya komandasına böyük hesabla uduzub

19 yaşadək futbolçularımız bu gün Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupda növbəti oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, millimiz slovakiyalı həmkarı ilə görüşüb.

İlk oyuna Macarıstanla 1:1 heç-heçə edən Nikolay Adamın komandası, bu oyunda da sərfəli nəticə qazanmağa çalışsa da, böyük hesabla uduzub – 1:4. Bizdən yeganə qolu 50-ci dəqiqədə 11-metlik cərimə zərbəsindən Budaq Nəsirov vurub.

 

Həmin kateqoriyadan