Millimiz son sınaq oyununda Latviya futbolçularına qalib gəlib

Bu gün Azərbaycan millisi Riqada Latviya futbolçuları ilə yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, millətlər liqası ərəfəsində son sınaq matçında “ay-ulduzlular”ımız 3:1 qələbə qazanıb.

Qurban Qurbanovun komandasından qolları Maksim Medvedev (20), Cavid İmamverduyev (57) və Emin Mahmudov (63 dəqiqə) vurublar.

Buna qədər yığmamız yerli mütəxəssislə Qırğızıstan (3:0), Belarus (0:1), Qazaxıstana (0:3), Moldova (0:0) və Makedoniya (1:1) kollektivləri ilə qarşılaşıb.

 

Həmin kateqoriyadan