Millimiz Türkiyədə yarışda gücünü sınayacaq

Antalyada Qloriya kubokunda çıxış edəcək qadın voleybol millinin heyəti bilinib.

Allsport.az saytı xəbər verir ki, Türkiyəyə Ceyran İmanova, Yana Əzimova, Anastasiya Qurbanova, Mariya Kirilyuk, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Alyona Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Katerina Jidkova, Valeriya Məmmədova, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Əliyeva, Marqarita Əzizova, Kseniya Pavlenko və Anastasiya Bessonova yollanacaqlar.

Turnirin təqvimi də məlumdur. Avqustun 23-də saat 17:30-da Rusiya-İtaliya, 20:00-da Türkiyə-Azərbaycan, avqustun 24-də saat 17:30-da İtaliya-Azərbaycan, 20:00-da Türkiyə-Rusiya matçları keçiriləcək.

Avqustun 25-də 17:30-da Azərbaycan və Rusiya, 20:00-da isə Türkiyə və İtaliya yığmaları qarşılaşacaq. Bu turnir dünya çempionatı ərəfəsində məşq toplanışları keçirən Azərbaycan yığması üçün hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan