Millimizin 6 üzvü 1/4 finalda

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, ötən gün bir çox çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçirilib. Milli komandamızın 6 üzvü 1/4 finalda gücünü sınayacaq.

57 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov İngiltərə idmançısı Rayan Qarneri məğlub edib – 2:1. Boksçumuz ¼ finalda şotlandiyalı Kallum Stüartla qarşılaşacaq.

Pərviz Quliyev də (63 kq) növbəti mərhələyə vəsiqə əldə edib. Millimizin üzvü Gürcüstan təmsilçisi Sekerxan Madiyev üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz 1/4 finalda macarıstanlı Mark Kontreçlə üz-üzə gələcək. Süleyman Məhərrəmov (54 kq), Seymur İsayev (60 kq), Elxan Əliyev (66 kq) və Ramazan Abdullayev (52 kq) isə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıblar.

Qeyd edək ki, 80+kq çəki dərəcəsində Məhəmməd Abdullayev artıq yarımfinala vəsiqəni təmin edib.

Həmin kateqoriyadan