Millimizin bütün oyunları “CBC Sport”da

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunları “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq. Allsport.az xəbər verir ki, qrupun son turunda hər iki qarşılaşma eyni vaxtda başlayacağı üçün Azərbaycan yığmasının oyunu canlı, digər matç isə videoyazı şəklində təqdim olunacaq.

Oyunların təqvimini diqqətinizə çatdırırıq:

10 noyabr
Saat 14:00. Türkiyə – Bosniya və Herseqovina
Saat 18:00. Ukrayna – Azərbaycan

12 noyabr
Saat 14:00. Bosniya və Herseqovina – Ukrayna
Saat 18:00. Türkiyə – Azərbaycan

15 noyabr
Saat 18:00. Ukrayna – Türkiyə
Saat 18:00. Azərbaycan – Bosniya və Herseqovina

Qeyd edək ki, Ukrayna – Türkiyə oyunu “Dalğa Arena”da, digər qarşılaşmalar isə Bayıl stadionunda keçiriləcək.

Həmin kateqoriyadan