- Baxış sayı: 36
- 17 Aprel 2024 16:30
- Baxış sayı: 52
- Aprel 17, 2024
- 0
Milli komandamızın ukrayna əsilli voleybolçusu Liza Ruban «Zirə»nin futbolçusu Yovan Krneta ilə yaxın münasibətdədir. Allsport.az saytı xəbər verir ki, cütlük bir-birlərinin xətrini çox istəyir, onlar daim birgədirlər.
Aşiqlər imkan tapan qarşı tərəfin oyunu canlı izləyir. Bu günlərdə belə bir addımı xarkovlu gözəl atıb. O, «Əlincə Arena»da keçirilən «Qarabağ» – «Zirə» görüşündə serbiyalı müdafiəçinin çıxışını birbaşa izləyib.
Düzdür, Qurban Qurbanovun komandası qonaqları 2:0 hesabı ilə məğlub edərək, sevgililəri üzüb. Amma bu, uzun sürməyib, hər 2 yar yenə bir-birinə qovuşub. Liza «Telekom»da ona məxsus voleybol köynəyini Yovana geyindirib.
Öz aramızdır, 3 nömrəli idman forması Krnetaya yaxşı yaraşıb, elə bil, lap elə onunbədən ölçüsünə tikilib. Görəsən, eyni hərəkəri serbiyalı futbolçu da edibmi? Bax, bu məqam hələ ki, naməlum qalır.
K.HACI