Millimizin forvardı qol vurdu, komandası darmadağına sevindi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma arenada “FSV Frankfurt”la qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 65-ci dəqiqədə penaltidən fərqlənərək, komandasının üçüncü qolunu vurub və 3 dəqiqə sonra əvəzlənib.

Qeyd edək ki, hazırda “Karlsrue” 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan