Millimizin futbolçusu meydana girdi, həmin dəqiqə “Ersgebirge” qələbə qolunu vurdu

Almaniya 2-ci Bundesliqasının 11-ci turunda millinin yarımmüdafiəçisi Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Arminiya” ilə üz-üzə gəlib.

Allsport.az saytı xəbər verir ki, ev sahibləri rəqibini 1:0 üstələyib. Futbolçumuz görüşün 66-cı dəqiqəsində meydana girib. “Bənövşəyilər” qələbə qolunu məhz o mübarizəyə qoşulan kimi, 66-cı dəqiqədə vurub.

Aue təmsilçisi 14 xalla 18 iştirakçı arasında 12-ci pillədədir.

Həmin kateqoriyadan