Millimizin futbolçusu qələbəyə sevindi

Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Ufuq Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.

Futbolçumuzun klubu doğma meydanda “Osmanlıspor”la qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ufuq 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Qaziantep BB” hazırda 32 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan