Millimizin futbolçusu üçün 35 dəqiqə və 3 xal

Almaniya ikinci Bundesliqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Sankt Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 2:1 hesablı qələbəyə sevinib. Nazarov bu görüşün 55-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, “Karlsrue” hazırda 25 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan