Millimizin güləşçisi Ruslan Dibirhacıyev – dağıstanlı legionerlərin reytinqində lider

Dağıstanlı legionerlər arasında ən yaxşı nəticəni Ruslan Dibirhacıyev göstərib. Allsport.az saytı xəbər verir ki, bu iddia ilə Rusiyanın wrestdag.ru çıxış edib. Şimalı həmkarlarımızın sözünə görə, həmyerliləri Azərbaycan millisinin heyətində öz çəkisində ən çox xal toplayıb:

«Bakıda keçirilmiş ölkə çempionatında Ruslan Dibirhacıyev 70 kq-da çıxış edən sərbəst güləşçilərin rəqabətində uğurla çıxış etdi. O, yarışda 1-ci yeri tutdu və mövsümə layiqli reytinqlə yekun vurdu».

Dağıstan Güləş İdmanı təşkilatının rəsmi saytının statistik hesablamasına görə, son Avropa çempionatının qalibinin aktivində 440 xal var. Amma bu, millimizdə yer alan qonşu ölkənin pəhləvanlarının tək uğuru deyil. Digər legionerimiz – Məhəmməd Müslümov (65 kq), 320 xalla Rəşid Qurbanovla (Özbəkistan) 2-3-cü yerləri bölüşdürür.

Həmin kateqoriyadan