Millimizin hücumçusu BƏƏ və Türkiyədə təlim-məşq keçəcək

Milli futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov”un qış hazırlığı bilinib. 

Allsport.az saytı xəbər verir ki, Rusiya premyer-liqasının 17-ci turunda evdə “Rostov”u 1:0 hesabı ilə məğlub etdikdən sonra istirahətə buraxılan komanda yanvarın 12-də Moskvada toplaşacaq. Samaralılar tibbi müayinədən sonra 2-həftəlik Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.  

“Krılya Sovetov” 2-ci və 3-cü mərhələni Türkiyədə keçirəcək, 31 yanvar – 13 və 17-28 fevral aralıqlarında bu ölkədə olacaq. Samara təmsilçisi Rusiya çempionatında 17 xalla 13-cü yerdədir. Klubun ehtiyatda da 1 görüşü qalıb.

Həmin kateqoriyadan