Millimizin hücumçusu “Qalatasaray” üzərində qələbəyə sevinib

Türkiyə super liqasında 28-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Gənclərbirliyi” paytaxtda “Qalatasaray”ı qəbul edib.

Görüş ev sahiblərinin 1:0 qələbə ilə bitib. Futbolçumuz start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. “Ankara rüzgarı” 30 xalla 15-ci pilləyə yüksəlib.

Həmin kateqoriyadan