Millimizin hücumçusunun çıxış etdiyi “Bursaspor” Türkiyə kubokunda mərhələ adlayıb

Türkiyə kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yeni hücumçusu Dəniz Yılmazın komandası doğma meydanda aşağı liqa təmsilçisi “Yomraspor”la qarşılaşıb.

Matç “Bursaspor”un 3:0 hesablı qələbəsi ilə başa çatıb və komanda növbəti mərhələyə vəsiqə qazanıb. Superliqa matçlarında əsas heyətdə meydana çıxan futbolçumuzun adı kubok görüşündə bəzi komanda yoldaşları kimi iştirak ərizəsində yer almayıb.

Həmin kateqoriyadan