Millimizin hücumçusunun vurduğu qollar “yaşıl timsahlar”a qələbə qazandırıb

Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” doğma meydanda “Rizəspor”la üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb (2:1). Həmvətənimiz görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Xeyli müddətdir qol vura bilmədiyi üçün tənqid olunan millimizin forvardı 63 və 68-ci dəqiqələrdə fərqlənməklə dubl edib. “Yaşıl timsahlar” hazırda 24 xalla 18 klub arasında 5-ci pillədədir.

Həmin kateqoriyadan