Millimizin kapitanı İtaliya “A seriyası”nda 2 göstəricidə fərqlənib

Qadın voleybolçular arasında İtaliya “A seriyası”nda 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Odina Bayramovanın çıxış etdiyi “Firenze” səfərdə “Yamamay” klubu ilə qarşılaşıb.

Görüş həmyerlimizin komandası üçün uğurlu olub – 3:0 (25:19, 25:22, 25:11). Bu mübarizədə Odina ən dəyərli oyunçu seçilib. Millimizin kapitanı görüşdə bombardirliyə də şərik olub. O, İndra Sorakayte ilə hamıdan çox – 14 xal toplayıb.

Hesabında 11 xal olan “Firenze” yarış cədvəlində 7-ci pilləyə yüksəlib.

Həmin kateqoriyadan