- Baxış sayı: 43
- 23 Aprel 2024 10:26
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Azərbaycan millisinin və “Sumqayıt”ın keçmiş futbolçusu Uğur Pamuq özünə yeni klub tapıb. Allsport.az saytı xəbər verir ki, o, növbəti mövsümdən karyerasını Türkiyənin PTT 1-ci liqasında çıxış edən “Manisaspor”da davam etdirəcək.
Uğur artıq yeni klubu ilə iki illik müqavilə də imzalayıb. Həmvətənimiz keçidi ilə bağlı fikrini açıqlayıb: “Manisaspor” kimi kluba keçdiyimə görə şadam. Bu komandaya maksimum faydalı olmaq istəyirəm”.