Millimizin lider taekvondoçusu Almaniyada da fərqlənib

Taekvondoçulardan ibarət millimiz Almaniyanın Bonn şəhərində keçirilən “DTF prezidentinin kuboku”nda iştirak edir. Allsport.az saytı xəbər verir ki, G-2 kateqoriyalı yarışın ikinci günü də komandamız üçün uğurlu alınıb.

Ölkəmizi 80 kq-da Milad Beigi Hərçəqani bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ilk pilləsinə qalxıb. Avropa Oyunlarının və dünya kubokunun qalibi, çempionluq yolunda, əvvəlcə rusiyalı rəqibi Dmitri Zakrepini (12:0), sonra xorvatiyalı Luka Horvatı (11:6) və polşalı Pyotr Pazinskini (6:3) məğlub edərək, yarımfinala vəsiqəni təmin edib.

Daha sonra adlı-sanlı rəqibi – Moldova təmsilçisi Aaron Cook-u (13:2) məğlub edərək finala yüksəlib. Həlldici döyüşdə o, Türkiyə yığma komandasının üzvü Yunus Sarını üstələyərək, reytinq aktivinə 20 xal və yığma komandamız üçün Avropa çempionatına bu çəki dərəcəsində əlavə bir lisenziyanı qazandırıb.

Həmin kateqoriyadan