Millimizin müdafiəçisi “Aleksandriya”ya keçib

Azərbaycan millisinin üzvü Pavel Paşayevin Ukraynanın “Aleksandriya” klubuna keçib. Allsport.az saytı xəbər verir ki, bu gün müdafiəçi müqavilə imzalayıb. Həmvətənimizin son komandası “Stal” olub.

29-yaşlı futbolçu daha öncələr Ukraynanın “Dnepr”, “Krivbas”, “Karpatı”, “Metallurq” klublarında çıxış edib, bir müddət “Qəbələ”də də oynayıb.

“Aleksandriya” Avropa liqasının 3-cü təsnifatında “Zirə”nin ehtimal rəqibidir. Təmsilçimiz Polşa “Yagelloniya”sını keçərsə, məhz Paşayevin yeni klubu ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan