Millimizin qapıçısı “Bayer”lə Bundesliqada sevindi

Dünən millimizin həndbolçusu Valentina Salamahanın şərəfini qoruduğu «Bayer-04» klubu Bundesliqada növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, liverkuzenlilər 20-ci turda evdə «Göppingem» komandası ilə görüşüblər.

Autsayderlə qarşılaşma «aslanlar» üçün rahat keçib. İlk yarıda 10 top fərqi ilə üstün olan «Bayer-04», fasilədən sonra daha yaxşı oynayıb rəqibini böyük hesabla üstələyib – 41:23 (22:12).

Bu görüşdə də qapısımız ehtiyatda oturub. «Farmasevtlər» yarış cədvəlində 25 xalla 6-cı sıraya yüksəlib. «Qara-qırmızılar» növbəti matçını aprelin 22-də səfərdə «Leypsiq»ə qarşı keçirəcək. Rəqib hazırda 29 xalla Bundesliqada 4-cü yerdədir.

Həmin kateqoriyadan