Millimizin qapıçısı “Top-5 xilaskar” siyahısında

Qadın həndbolçulardan ibarət millimizin qapıçısı Valentina Salamaha «Bietiqheym»in heyətində “Top-5 xilaskar” siyahısına düşüb. Allsport.az saytı xəbər verir ki, ehftv.com-un versiyasına görə bu klubun digər çərçivə qoruyucusu Tess Vester də diqqətdən kənar qalmayıb.

Almaniya klubu çempionlar liqasında «D» qrupunda mərhələni 3-cü terdə bitirib. Həndbolçumuzun komandası Monteneqronun «Buduçnost» komandası ilə eyni 6 xal toplasa da, top fərqində geridə qalıb.

 

«Bietiqheym» Bundesliqada 10 xalla 2-4 yerləri bölüşdürür.

Həmin kateqoriyadan